Azərbaycan Türkçəsində Özgələşmə, Yox Etmə və Kimlik Savaşı Üzərinə Araşdırma

ARAŞDIRMA – ELEŞTİREL ÇÖZÜMLƏMƏ
Araşdırmacı, Yayıncı: Mesut HARAY

Dil bir ulusun sadəcə danışıq aracı deyil. Dil onun bəlləyidir, kimliyidir, varlığıdır. Bir ulusu susdurmağın ən təsirli yolu onun dilini dəyişdirmək, gücsüzləşdirmək ya da yox etməkdir. Bu gün Azərbaycan türkçəsi həm Quzeydə, həm Güneydə iki ayrı yolla eyni amaca doğru sürüklənir: kimliksizləşmə. Quzeydə bu sürəc yumşaq və gizli biçimdə, Güneydə isə açıq basqı və yasaqlar yolu ilə aparılır. Ayrı yollar olsa da, sonuç eynidir: ulusun özündən uzaqlaşdırılması.

Bu sürəcin ilk addımı dilin adından başlayır. Bu gün rəsmi olaraq “Azərbaycan dili” deyilməsi rastlantı deyil. Oysa bu dilin tarixi və gerçək adı Azərbaycan türkçəsidir. “Türkçə” sözünün rəsmi addan çıxarılması dili böyük türk dünyasından qoparmağa yönəlmiş bir güdümdür. Adı dəyişdirilən şey zamanla öz özünü də yitirir. Bu, sadəcə dil sorunu deyil, kimliyin gücsüzləşdirilməsi deməkdir.

Quzey Azərbaycanda dil azad görünür, amma bu azadlıq aldadıcıdır. Dil açıq biçimdə yasaqlanmır, ancaq içəridən dəyişdirilir. Quzey Azərbaycanda Sovet çağının izi hələ də qalır; cümlə quruluşunda rusca düşüncə düzümü açıqca sezilir. Rəsmi qurumlar, yayın yolları və yazı dili elin danışdığı dildən uzaqlaşdırılaraq yerinə ağır və özgə sözlərlə dolu bir “görevli dili” qoyulub.

“Məsələnin həlli istiqamətində addımlar atılır”, “təminat mexanizmləri formalaşdırılır”, “problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür” kimi tümcələr el üçün deyil, dizgə üçün qurulmuş yapay qəliblərdir. Oysa türk düşüncə axarı çox daha sadə, düz və anlaşılırdır: “sorunu çözmək üçün addım atılır”, “Güvəncə yolları yaradılır., “sorunu aradan qaldırmaq üçün iş görülür”. Birinci örnəklərdəki tümcələr yapay və ağırdır, ikincilər isə canlı və anlaşılırdır. Dil uzandıqca düşüncə də ağırlaşır, sadələşdikcə isə aydınlaşır.

Quzeydə dilin özgələşməsi bir növ “ipək əlcəkli güdüm”dür. Açıq yasaq yoxdur, amma dil get-gedə eldən uzaqlaşdırılır. Bu sürəcin ən qorxulu yanı odur ki, insan bunu duymadan qəbul edir. Zamanla el öz dilində deyil, ona özgə olan bir dildə düşünməyə başlayır.

Güney Azərbaycanda isə durum büsbütün ayrıdır. Burada dil sadəcə dəyişdirilmir, açıq biçimdə sıxışdırılır və yox edilmək istənir. Türk uşağı ana dilində öyrənim ala bilmir, oxulda yalnız farsca oxumağa zorlanır. Bu, dilin kökündən kəsilməsi deməkdir. Bir dil oxuldan çıxarıldıqda, gələcək nəsillər o dili tam olaraq öyrənə bilmir və bu, uzun dönəmdə kimliyin yitməsi ilə sonuclanır.

Bununla bərabər, adlar dəyişdirilir, şəhər və yer adları farslaşdırılır. Bu isə sadəcə dil deyil, belləyin silinməsidir. İnsan öz torpağının adını dəyişdirilmiş gördükcə, zamanla o torpağa bağlılığı da zəifləyir. Bu, düzənli olaraq aparılan özgələşdirmə güdümüdür.

Dilə qarşı aparılan uğraş yalnız yasaqla bitmir. Türkçə çox zaman aşağılanır, “köy/kənd dili” kimi göstərilir. Bu isə ruhsal basqıdır. İnsan öz dilindən utanmağa başlayanda, onu tərk etməyə daha eğilimli olur. Bu, açıq biçimdə kimliyi içəridən çökdürmə üsuludur.

İran düzəninin ana amacı tək dil, tək kimlik və tək özək yaratmaqdır. Bu isə ayrı ulusları əridərək yox etmək deməkdir. Bu güdüm bir ulusun sadəcə dilini deyil, bütün varlığını amac alır. Ancaq bütün bu basqılara qarşın, Güney Azərbaycanda dil yaşayır. Evdə, küçədə, alış-verişdə insanlar türkçə danışır və dili qoruyur. Bu dil ilin deyil, elin dilidir və buna görə hələ də diridir.

Güneydə işlənən sözlər daha sadə və türk köklüdür: gərək, bəlli, savaş, ummaq, iş görmək kimi anlatımlar həm aydındır, həm də ortaq türk dünyası ilə uyumludur. Bu, göstərir ki, dil illə deyil, ellə yaşayar. İl sıxsa belə, el yaşatdıqca dil yox olmaz.

Bu gün dilimizdə açıq biçimdə bir ikiləşmə yaranıb. Quzeydə rəsmi və ağır bir dil, Güneydə isə canlı və doğal bir dil var. Bu ayrımı görmək üçün sadə qarşılaşdırma yetər. Quzeydə “problem” deyilir, Güneydə “sorun”; Quzeydə “zəruri”, Güneydə “gərək”; Quzeydə “müraciət etmək”, Güneydə “üz tutmaq”. Bu ayrım dilin hansı yönə getdiyini açıq göstərir.

Ortaq türkçə bu bölünməni aradan qaldırmaq üçün ana yoldur. Dil sadələşdikcə güclənir, ağırlaşdıqca gücsüzləşir. “mövcud” yerinə “var”, “zəruri” yerinə “gərək”, “problem” yerinə “sorun” demək dili həm aydınlaşdırır, həm də ulusallaşdırır. Bu sadələşmə geriyə dönüş deyil, əksinə irəliyə doğru sağlam addım atmaqdır.

Ancaq yeni bir qorxu da ortaya çıxır. Toplumsal ağlar aracılığı ilə Quzeyin ağır və yapay dili Güneydə yayılmağa başlayır. “geosiyasi reallıq”, “ətraf mühit”, “Prezident”, “konseptual çərçivə”, “institusional mexanizm”, kimi anlatımlar artıq gündəlik danışığa girir. Əgər bu sürəc sürərsə, Güneyin o arı və canlı dili də zamanla ağırlaşa bilər. Bu, ortaqlaşma deyil, ortaq biçimdə korlanma sakıncasıdır.

Dil sorununda ana soru budur: dil kimindir? İl dili yönətmək istəyir, bilgili kişilər onu bilik göstəricisi sayır, amma dilin gerçək sahibi eldir. Dil yuxarıdan yönədildikdə sərtləşir və donur, aşağıdan yaşadıqda isə yenilənir və güclənir.

Bu durumdan çıxış yolu aydındır. Dilin adı açıq biçimdə Azərbaycan türkçəsi olaraq işlənməlidir. Rəsmi və yazılı dildə türk köklü sözlərə üstünlük verilməlidir. Öyrənim və yayın dili sadələşdirilməli və el danışığına yaxınlaşdırılmalıdır. Güney və Quzey arasında dil bağı gücləndirilməlidir.

Azərbaycan türkçəsi üçün ən böyük qorxu yox olmaq deyil, özgələşməkdir. Yox olan dil bəlkə geri dönər, amma özgələşən dil özünü unudar. Bu isə daha dərin və daha qorxulu yitkidir.

Dil sadəcə söz deyil. Dil düşüncədir, kimlikdir, ulusun özüdür. Bu gün Güney Azərbaycanda dil açıq basqı altındadır, Quzey Azərbaycanda isə səssiz biçimdə dəyişdirilir. Hər iki yolun sonu eyni qorxuya çıxır: kimliyin yitməsi.

Bu nədəndən bu sorun sadəcə dil sorunu deyil. Bu, bir ulusun varlıq savaşıdır. Dil qorunarsa ulus yaşar. Dil yitərsə, hər şey bitər.


ƏKLƏNTİ: DİL ARINDIRMA SAYILARI VƏ ÖRNƏK DƏYİŞİKLİKLƏR

Bu yazıdakı təmizləmə işləmi sırasında təxminən 110–120 yad mənşəli söz və ifadə türkçə köklü qarşılıqları ilə dəyişdirilmişdir. Aşağıda ən çox təkrarlanan dəyişikliklərdən bəzi nümunələr, o cümlədən cümlə düzümü səviyyəsində aparılmış arındırmalar verilmişdir:

İlk Yazıdakı Yad Söz/İfadə / DüzümArındırılmış Türkçə Qarşılıq
millətulus
yaddaşbəllək
terroryıldırı
məqsədamac
prosessürəc
siyasətgüdüm
məmur diligörevli dili
problemsorun
çərçivəsınır
tədbirönləm / iş
həyata keçirməkiş görmək
təhlükəqorxu / sakınca
psixolojiruhsal
təhsilöyrənim
məcburzorlanmaq
sosial şəbəkətoplumsal ağ
mexanizmdüzənək / yol
mərkəzözək
məsələnin həlli istiqamətində addımlar atılırsorunu çözmək üçün addım atılır
təminat mexanizmləri formalaşdırılırtəmin yolu qurulur
problemin aradan qaldırılması istiqamətində tədbirlər görülürsorunu aradan qaldırmaq üçün iş görülür

Bu arındırma işləmi nəticəsində mətn həm Quzey, həm də Güney Azərbaycan türkləri üçün daha anlaşıqlı, daha axıcı və ən əsası ortaq türkçəyə uyğun bir biçimə gətirilmişdir.

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin