Araştırmacı, Yazar: Dr. Toğrul ATABAY

Ədalət qəzeti – Ana Dili [1908]

Məşrutəçi qəzetçi Təbrizli Mirzə Seyyid Hüseyn Xan Ədalət (1869-1927) tərəfindən 1908 ilində Təbriz’də Ədâlət qəzetinin əki olaraq çıxarılan Türkcə “Ana Dili” dərgisi I.

“Ana Dilində Rûznâmə-i Ədâlət’dən Bir Töhfə

(Əvvəliminci il, Nömrə: 2)

DİL MƏSʾƏLƏSİ

Dil müşkülâtı biz Azərbaycan əhâlîsinə bir böyük dərd olub. ʿƏləlxüsus xâricə lisânı oxuyan kiçik mübtədî uşaqlar, hansı ki heç ana dili və Farsîcə oxumamış, burada təʾsis olan məktəblərdə Fransa ya Rusîcə başlarlar oxumağa. Ḳatoliḳ mədrəsəsinün şâgirdlərinün birindən dərsini ṣorşdum. Belə cəvab verdi:

— “Ami” dost, “ḳafi (café)” qəhvə, “père” pedər, “mère” mâdər, “an (âne)” xər, “fet (fête)” bayram.

Dedim: “An (âne)” nəyə deyər?

Dedi: Bayrama.

Ṣoruşdum: Xərün məʿnâsı nədir?

Dedi: Dədə!

Pəs lâzımdır Azərbaycan uşaqları əlif-bânı və ʿibârət-xᵂanlığı öz ana dilində bilsünlər; ṣora Farsînün təkəllümünə diqqət eyləyüb Farsî dilini öz ana dili kibi biləndən ṣora xârici dil oxumağa iqdâm eyləsünlər.

Və-illâ bir az zamandan ṣora Azərbaycan’da İran’un rəsmi dilini və ədəbiyyatını mükəmməl bilən çox az tapılacaaq.

Hələ Azərbaycan əhli —ki DİLLƏRİ TÜRKİDİR— səhldir, Ṭehran’un tâzə təhsîl eyləyən cəvanlarınun məktubları bizi öz ədəbiyyat və Farsî inşâmızun rəvâcından məʾyûs eyləyür. Niyə ki, bu cəvanlarun yegânə arzuları Fransa və Rusî ələ gətürməkdir. Hanı bizim əncümən-i məʿârifimiz və məcâlis-i ʿəliyyəmiz ki millî dilimizdə ʿulûm-ı ğâlib kitabları təʾlif və tərcümə və intişâr edələr ki, dil cəhətindən eḥtiyâcımız rəfʿ olub və öz dilimiz və öz ədəbiyyatımız aradan getməyə?

Bəqiyyəsi var…”


HARAYHABER
Dünyaya Güney Azerbaycan Gözüyle Bakıyoruz

Yazar


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

2 thoughts on “1908-DƏN YÜKSƏLƏN SƏS: “DİLİMİZ TÜRKİDİR” DEYƏN TƏBRİZLİ MƏŞRUTƏÇİ”

Bir yanıt yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin