HARAYHABER | Güney Edebiyat – Analiz
Araşdırmaçı, Yazar: Mesut HARAY

Güney Azərbaycan son aylarda yalnız siyasi və ictimai sarsıntılar yaşamadı. Eyni zamanda milli ədəbiyyat səması da bir-birinin ardınca axan ulduzlarını itirdi. Bu itkilər sadəcə ölüm xəbərləri deyildi; hər biri Güney Azərbaycanın söz qalasının bir sütunu idi. Onlar yalnız yazıçı və ya şair deyildilər — milli hafizənin qoruyucuları, Türk dilinin səngərdəki əsgərləri idilər.

Bu gün onların arxasında qalan əsərlərə baxdıqda anlayırıq ki, Güney Azərbaycan ədəbiyyatı təkcə estetik bir axın deyil, milli varoluş savaşıdır.

Hamidə xanım Rəiszadə – “Səhər”…

Güney Azərbaycan çağdaş şeirində qadın ruhunun ən üsyankar səslərindən biri idi. O, yalnız şeir yazmırdı; qadın duyğusunu, milli ağrını və sürgün ruhunu misralara çevirirdi. “Mavilər”, “Yaşıl Mahnı”, “Aylı Baxış” və “Bir Dəstə Təzə Günəş” kimi kitabları Güney Azərbaycan şeirində romantik duyğu ilə milli ruhu birləşdirən nadir nümunələrdən hesab olunur.

Onun şeirlərində sevgi belə bir vətən ağrısı ilə danışırdı. “Səhər” bir tərəfdən çağdaş şeir formalarına yönəlir, digər tərəfdən Habib Sahir məktəbinin milli ruhunu yaşadırdı. Daha sonralar “Qövsi Təbrizi Divanı” üzərindəki araşdırmaları ilə klassik Azərbaycan ədəbiyyatına da böyük xidmət göstərdi.

Sürgündə keçən son illəri isə Güney Azərbaycan aydınlarının acı taleyinin aynasına çevrildi. İsveçdə həyata göz yuman şairin ölümü, sanki qəriblikdə sönən bir milli çıraq kimi yadda qaldı.

İsa Nəzəri…

O, yalnız hüquqşünasgazeteci deyildi. O, Güney Azərbaycanın milli vicdanı idi. Uzun illər “Novid Azərbaycan” qəzetinin baş redaktoru olaraq Azərbaycan Türklərinin hüquqlarını müdafiə etdi. Yazılarında xüsusilə “əqvam” anlayışını sərt şəkildə tənqid edir, milyonlarla Türkün kimliyinin fars mərkəzçi siyasətlə əridilməsinə qarşı çıxırdı.

Onun məqalələri sadəcə xəbər yazıları deyildi; onlar milli müqavimətin hüquqi manifestləri idi. Urmu gölü faciəsi, ana dili yasaqları, mədəni ayrı-seçkilik və mərkəzçi siyasətlərə qarşı illərlə qələmi ilə savaşdı.

İsa Nəzərinin yazıları Güney Azərbaycan mətbuatında milli düşüncə məktəbi yaratmışdı. O, bir çox gənc jurnalist və hüquqçu üçün yol göstərən simaya çevrilmişdi. Onun ölümü ilə Güney Azərbaycanın hüquq və media sahəsində böyük bir boşluq yarandı.

İsmail Hadi…

Ədəbiyyatçı, hüquqşünas və etimoloq…

Amma hər şeydən öncə Türk dilinin yorulmaz hafizə adamı…

İsmayıl Hadi xüsusilə “Dil Dəniz”, “Rişəyab”, “Son Beşik”, “Kəklik”, “Qarqa” və “Yorulmaz” kimi əsərləri ilə tanınırdı. Onun ən böyük xidmətlərindən biri Türk sözlərinin kök hafizəsini qorumağa çalışması idi. İranın farslaşdırma siyasətinin ən ağır hücumlarından biri məhz dil üzərində qurulduğu halda, İsmayıl Hadi etimoloji çalışmaları ilə bu savaşın ön cəbhəsində yer aldı.

İlk Etimolojik Farsca Sözlük” və “Türk-Fars Etimoloji Lüğəti” kimi əsərləri sadəcə akademik iş deyildi; bunlar dil üzərində qurulan siyasi hegemoniyaya qarşı verilən mədəni savaş idi.

Onun “Dumanlı Günlər”, “Laçın” və “Gün Gələr Batar Gedər…” kimi əsərlərində isə Güney Azərbaycanın kənd həyatı, milli yaddaşı və itirilən kimlik ağrısı hiss olunurdu. İsmail Hadi öldü, amma Türk dilinin köklərinə vurduğu möhür yaşayacaq.

Heydər Abbasi – “Barışmaz”…

Adı kimi özü də barışmayan bir ruh idi.

Marağa ədəbi mühitinin ən güclü simalarından biri olan Barışmaz, klassik irfanı milli ruhla birləşdirən nadir şairlərdən hesab olunurdu. “Çağrılmamış Qonaqlar” və “Nəğmə Dağı və İstimar” kitabları ilə Güney Azərbaycan ədəbiyyatında özünəməxsus yer qazandı.

Daha sonra yazdığı “Kəbə və Qanlı Azan”, “Yar və Nar”, “Səs”, “Divarlar”, “Odumlu Dirək”, “Vələsr” və “Dartılmamış Dənlər” kimi əsərləri onun yalnız şair deyil, dərin düşüncə adamı olduğunu göstərirdi.

Xüsusilə “Nəhcül-Bəlağə”nin və bəzi klassik irfani mətnlərin Azərbaycan Türkcəsinə çevrilməsi istiqamətində gördüyü işlər milli-mədəni xidmət kimi qiymətləndirilir.

Barışmazın şeirlərində həm mistika vardı, həm üsyan, həm də milli hüzn. O, Güney Azərbaycanın susdurulmuş ruhuna söz verməyə çalışan son böyük irfan şairlərindən biri idi.

Bu gün Güney Azərbaycan ədəbiyyatı bir yol ayrıcındadır.

Bir tərəfdə sürgünlər, yaslar, unudulmaq təhlükəsi…

Digər tərəfdə isə o böyük qələm adamlarının qoyduğu mirası yaşatmağa çalışan yeni nəsil…

Amma bir həqiqət dəyişmir:

Güney Azərbaycanda kitab heç zaman sadəcə kitab olmadı.

Şeir heç zaman sadəcə ədəbiyyat olmadı.

Burada hər misra bir kimlik savaşı idi.

Hər kitab milli yaddaşın qorunması idi.

Və hər yazar, əslində susdurulmaq istənən bir millətin danışan dili idi…

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

One thought on “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI SƏMASINDAN AXAN ULDUZLAR”

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin