Güney Azərbaycanın Hüzn, Qürbət və Parçalanmışlıq Nidası

HARAYHABER | Ədəbiyyat – Şeir

Şeir: Kiyan Xiyav

Güney Azərbaycan çağdaş poeziyasının duyğu və düşüncə yüklü qələmlərindən biri olan Kiyan Xiyav, bu şeirində yalnız fərdi kədəri deyil, parçalanmış vətənin, qürbətin, ayrılığın və içdən içə çökən bir toplumun ruh halını misralara çevirir. “Dostum!” xitabı boyunca davam edən bu poetik fəryad, bir insanın deyil, sanki bütöv bir millətin iç səsini yansıdır.


DOSTUM!

Şeir: Kiyan Xiyav

Talandı gül də, çiçək də, çəmən-çəmən, dostum!
Nədir bu çizgi, bu çiskin, nədir bu çən, dostum?!

Cəsəd-cəsəd elə çılpaq olublar ulduzlar
Hanı tabut, hanı torpaq, hanı kəfən, dostum?!

Və bilmirəm ki, yuvam hardadır bu yer-göydə
Yıxılmış üstümə qürbət, vətən-vətən, dostum!

Susuz, yazıq, yaralı, yorğun, ağlayan, avara
Sinəmdə bir qara quş var, çəkir şüvən, dostum!

Yazım payızladı salxım söyüdlər uğrunda
Döşümdə güllə gül açdı, gəvən-gəvən, dostum!

Və bir divar aramız var, axı havaxta kimi
O tayda sən qalacaqsan, bu tayda mən, dostum?!

Sən olmasan, yenə daşlar çəpər-çəpər çəkilər
Sən olmasan yenə quşlar pərən-pərən, dostum!

Dağ olmadıq, uçurumlarda gəl gedək dağılaq!
Bu yel, bu çöl, bu qaranlıq, bu mən, bu sən, dostum!

Sabah nə sən qalacaqsan, nə mən, nə saz, nə də söz
Çal oynayım hələlik sazlı-sözlükən, dostum!

Sönüb qalıb planetlər, nə ay yanır, nə günəş
Və mən işıq gəzirm, bilmirəm nədən, dostum!

Bu şaxtadan, bu borandan, bu qarlı qışdan aman!
Talandı gül də, çiçək də, çəmən-çəmən, dostum!


دوستوم!

شعیر: کیان خیاو

تالاندی گول‌ده، چيچک‌ده، چمن – چمن، دوستوم!
نه‌دير بو چيزگی، بو چيسکين، نه‌دير بو چن، دوستوم؟!

جسـد – جسـد ائله چيلپاق اؤلوبلر اولدوزلار
هانی تابوت، هانی تورپاق، هانی کفن، دوستوم؟!

و بيلميرم کی يووام هاردادير بو يئر- گؤيده
ييخيلميش اوستومه غوربت، وطن – وطن، دوستوم!

سوسوز، يازيق، يارالی، يورقون، آغلاغان، آوارا
سينه‌مده بير قارا قوش وار، چکير شووَن، دوستوم!

يازيم پاييزلادی سالخيم سؤيودلر اوغروندا
دؤشومده گولـله گول آچدی، گَـوَن- گَـوَن، دوستوم!

و بير ديوار آراميز وار، آخی هاواختا کيمی
او تايدا سن قالاجاقسان، بو تايدا من، دوستوم؟!

سن اولماسان، يئنه داشلار چپر-چپر چکيلر
سن اولماسان يئنه قوش‌لار پَـرن – پَـرن، دوستوم!

داغ اولماديق، اوُچوروم‌لاردا گَـل گئدک داغيلاق!
بو يئل، بو چؤل، بو قارانليق، بو من، بو سن، دوستوم!

صاباح نه سن قالاجاقسان، نه من، نه ساز، نه ده سؤز
چال اویناییم هله‌ليک سازلی-سؤزلوکن، دوستوم!

سؤنوب قاليب پلانئت‌لر، نه آی يانير، نه گونش
و من ايشيق گزير‌م، بيلميرم نه‌دن، دوستوم!

بو شاختادان، بو بوراندان، بو قارلی قيش‌دان آمان!
تالاندی گول‌ده، چيچک‌ده، چمن – چمن، دوستوم!

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin