Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbası vəfat edib.
Uzun illər türk millətinin hüquqları, ana dili və milli kimlik uğrunda mübarizə aparan Mollaabbası fəaliyyətlərinə görə dəfələrlə təqib olunmuş, həbs və siyasi məhbus həyatı yaşamışdı. O, xüsusilə Qaradağ bölgəsində milli hərəkatın tanınmış simalarından biri kimi böyük hörmət qazanmışdı.
Saleh Mollaabbasının vəfat xəbəri Güney Azərbaycanın milli camiəsində dərin kədər yaradıb. Bir çox fəal, ictimai xadim və media qurumu onun xatirəsini ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verib.
Türk millətinin haqq səsi uğrunda ömür sərf edən Saleh Mollaabbasının əziz xatirəsi hər zaman yaşayacaq.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
HARAYHABER
Dünyaya Güney Azerbaycan Gözüyle Bakıyoruz
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.

[…] Güney Azərbaycan Səmasından Bir Ulduz Daha Axdı […]