Güney Azərbaycanda milli kimlik uğrunda mücadilədən danışan çevrələrdə bir paradoks açıq görünür: türklük bilinci, milli haqlar, mədəni hüquqlar deyə-deyə çıxış edənlərin böyük hissəsi gündəlik fəaliyyətində farsca yazır, farsca oxuyur, farsca düşünür. Bu artıq sadə bir dil seçimi deyil; bu, mücadilənin öz təməlinə zidd bir davranışdır.

Məsələni romantikləşdirmək asandır. “Şərait belədir”, “Farsşa yazilan oxunur”, “Hələlik məcburuq” kimi izahlar çox səslənir. Amma gerçək sual budur: Ana dili milli mücadilənin əsası sayılırsa, niyə praktikada ilk vaz keçilən də elə o olur?

Bir hərəkatın dili onun ruhudur. Ruhunu başqasının dilinə təhvil verən bir hərəkat zamanla başqasının düşüncə çərçivəsinə də girər. Bu gün farsca yazıb oxumağı “strateji seçim” kimi görənlər, əslində düşüncə sərhədlərini də o dilin mərkəzinə bağlayır. Dil sadəcə söz daşıyıcısı deyil; anlayış daşıyıcısıdır. Hansı dildə düşünürsənsə, dünyanı o dilin qurduğu çərçivədə görürsən.

Güney Azərbaycan milli hərəkatında ciddi bir gerçəklik var:
Türk kimliyi siyasi şüar kimi qəbul edilir, amma gündəlik yazışmalarda, yaradıcılıqda fars dili üstün tutulur. Bu, açıq bir ikili standartdır. Kimlik meydanlarda türkcə, mətnlərdə farsca yaşadılırsa, orada şüur parçalanması yaranır.

Açıqca demək gərəkir:
Ana dilini ikinci plana atan milli fəal, fərqində olmadan mərkəziyyətçi düşüncənin mədəni sahədə davamına xidmət edir. Çünki assimilyasiya təkcə yasaqlarla olmaz; könüllü yönəlişlə daha güclü işləyər.

Bu gün sosial mediada belə bir mənzərə var:
Türkcə dərin analiz yazanlar az oxunur, farsca qısa və emosional yazanlar çox paylaşılır. Bu da bir gerçəkdir. Amma bu gerçəyi bəhanəyə çevirmək məsuliyyətdən qaçmaqdır. Aydın rolu kütlənin zövqünə tabe olmaq deyil; zövqü və yönü formalaşdırmaqdır.

Əgər milli hərəkatın ziyalısı özü ana dilində yazmaqdan çəkinirsə, sıravi insandan nə gözlənilir? Dilə dəyər verməyən elita, toplumdan dil şüuru gözləyə bilməz. Çünki toplum davranışı yuxarıdan öyrənir.

Çıxış yolu şüar deyil, davranış dəyişikliyidir:

Ana dilində yazmaq prestijli hala gətirilməlidir.
Keyfiyyətli analiz, fikir, elm mətnləri türkcə üretməlidir.
Oxucu yetişdirməyi hədəf seçmək lazımdır, hazır oxucu dalınca qaçmağı yox.
Milli kimlik yalnız siyasi hüquq tələbi kimi yox, düşüncə və bilgi dili kimi də qurulmalıdır.

Acı gerçək budur:
Dilini gündəlik düşüncə və istehsal dili etməyən bir hərəkat, bir müddət sonra simvolik hərəkat olur. Simvollar isə kimliyi yaşatmaz, sadəcə xatirə yaradar.

Güney Azərbaycanın gələcəyi üçün sual açıqdır:
Milli mücadilə sadəcə kimlik şüarı olaraq qalacaq, yoxsa ana dili üzərində qurulan şüurlu bir mədəni dirənişə çevriləcək?

Bu seçim artıq nəzəri deyil. Hər gün yazılan, oxunan dillə verilir.
Və hər gün verilən seçimlər bir millətin sabahını formalaşdırır.

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin