Limunət Əmrahlı
Psixologiya üzrə fəlsəfə doktoru, dosent

Son dövrlərdə İranda baş verən ictimai-siyasi proseslər fonunda yaranmış sosial-mədəni  və psixoloji vəziyyət tarixən eyni dövlətlərin tərkibində olmuş Güney və Quzey Azərbaycanın gələcək münasibətləri mövzusunu yenidən gündəmə gətirmişdir. Müxtəlif elm sahələrinin nümayəndələri bu məsələyə fərqli prizmalardan yanaşsalar da, problemin psixoloji, etnik və identiklik əsaslarının ayrıca təhlili zəruri görünür.

Bu kontekstdə əsas sual belə formalaşır: Güney və Quzey Azərbaycanda yaşayan türklər etnik və psixoloji baxımdan vahid kollektiv identiklik daşıyıcısı kimi çıxış edə bilərlərmi? Bu suala cavab axtararkən emosional yanaşmadan deyil, elmi faktlara əsaslanan çoxsəviyyəli analizdən çıxış etmək zəruridir.

Məsələnin pozitiv tərəflərinin dəyərləndirilməsi üçün ilk növbədə Güney–Quzey Azərbaycanın tarixi, etnoqrafik coğrafiyası, dili, dini və mədəni irsi nəzərdən keçirilməlidir. Bu baxımdan türk xalqlarının mənşəyi ilə bağlı uzun illər dominant olmuş bəzi nəzəriyyələrə, xüsusilə Rusiya və Qərb tarixşünaslığında formalaşmış “Ural–Altay” hipotezinə tənqidi yanaşma zərurəti meydana çıxır.

Müasir arxeoloji tapıntılar: Sibirdə, Qafqazda, Anadolu ərazisində, o cümlədən Göbəklitəpə və Qaraxantəpədə aşkarlanmış maddi mədəniyyət nümunələri türklərin bu coğrafiyalara yalnız orta əsr köçləri ilə gəlməsi fikrini ciddi şəkildə şübhə altına alır. Elmi faktlar göstərir ki, nə Anadolu, nə də Azərbaycan türkləri bu torpaqlara səlcuqlarla birlikdə gəlmiş “gəlmə” toplumlar deyillər. Əksinə, onların bu ərazilərdə on minilliklər öncədən mövcud olması ehtimalı getdikcə daha əsaslı görünür.

Müxtəlif təbii və tarixi kataklizmlər nəticəsində türk toplumları Şərqə, Qərbə, Cənuba və Şimala doğru yayılmış, zamanla yenidən özlərinin ilkin məskənlərinə qayıtmışlar. Bu baxımdan tarixçi, antropoloq, etnoqraf və dilçilərin mövcud faktlara əsaslanan yeni, ideoloji yüklərdən, Türk tarixinə qarşı qısqanc və ya qərəzli yanaşmalardan azad elmi konsepsiyalar irəli sürmələri zəruridir. Bu yolla türklərin “köçəri”, “barbar”, “istilaçı” və ya “sonradan gəlmə” olması ilə bağlı əsassız yanaşmaların elmi dövriyyədən çıxarılması mümkündür.

Landşaft–İqlim–Coğrafi Amillərdən Qaynaqlanan Eyniliklər

İnsan psixologiyasının zaman və məkanla qarşılıqlı əlaqəsi müasir psixologiya və antropologiyada geniş qəbul edilən yanaşmadır. Şəxsiyyətin formalaşması yalnız sosial münasibətlərin məhsulu deyil, eyni zamanda insanın yaşadığı coğrafi mühit, iqlim və relyeflə birbaşa bağlıdır.

Bu kontekstdə insanın inkişafı “hərəkətdən-  mənəviyyatə” prinsipi ilə baş verir. Yəni, insanın şüurlu həyatı onun bioloji, instinktiv və psixoloji qatları arasında daim davam edən qarşılıqlı təsir fonunda formalaşır. Müasir psixologiyanın nümayəndələrindən biri olan Ə.S. Bayramov bunu belə ifadə edir: “İnsan təfəkkürünün xarakteri coğrafi mühitlə, təbii relyef və iqlim şərtləri ilə şərtlənir.”

IX əsr ərəb filosofu Əl-Cahizin türklər haqqındakı fikirləri də bu faktı təsdiqləyir. O, türklərin fiziki çevikliyini, hərəkətə meylliliyini, yüksək adaptasiya qabiliyyətini, kollektiv davranış və təşkilatçılıq xüsusiyyətlərini onların yaşadıqları landşaft və iqlim şəraiti ilə əlaqələndirirdi. Bu təsvirlər Güney və Quzey Azərbaycan ərazisində formalaşmış psixoloji oxşarlıqların tarixi köklərini aydın şəkildə göstərir.

Genetik–Bioloji və Konstitusional Eyniliklər

Türk topluluqları arasında müşahidə edilən özünəməxsus cəhətlər yalnız regional iqlim, relyef və həyat şəraiti ilə məhdudlaşmır. Onların genetik (etnofuksional) və konstitusional eynilikləri də ortaqdır. Əslində, Azərbaycan türklərinin fərqliliyi dağlıq və aran bölgələrində yaşamaları ilə deyil, daha çox dilin şivə və ləhcə xüsusiyyətləri ilə müəyyənləşir.

Görünüş, davranış, mimika, jestlər və etik normalar baxımından da Azərbaycan türkləri arasında yüksək oxşarlıq mövcuddur. Gündəlik ünsiyyətdə işlədilən stereotip ifadələr, ailə dəyərləri, ailə ənənələri, nəsildən-nəslə ötürülən davranış modelləri də genetik və etnopsixoloji davamlılığın göstəricisidir. Bu kontekstdə “qan yaddaşı”, arxetiplər və davranış stereotipləri etnik identikliyin mühüm psixoloji dayaqları kimi çıxış edir.

Antropoloji Eyniliklər

Türk xalqlarının antropoloji xüsusiyyətlərinin uzun müddət sistemli şəkildə araşdırılmaması bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı olmuşdur. Bir çox tədqiqatçılar bu sahədə aparılan araşdırmaların ideoloji çərçivələrdə məhdudlaşdırıldığını qeyd edirlər.

Antropoloji tədqiqatlar göstərir ki, Azərbaycan türkləri əsasən dolixokefal tipə mənsubdur və bu xüsusiyyət qədim dövrlərdən müasir dövrə qədər davamlılıq təşkil edir. E.Resler, Q.F. Debets, R.D. Muğanlinski, M.Q. Abduşelişvili və digər tədqiqatçıların araşdırmaları Cənubi Qafqaz və Cənubi Azərbaycan əhalisinin uzun tarixi dövr ərzində eyni antropoloji tipin daşıyıcısı olduğunu təsdiq edir.

Mifoloji Təfəkkür  və İnanclar Sistemi

Azərbaycan türklərinin etnik dünyagörüşünün əsasları ortaq mifoloji və fəlsəfi düşüncə sisteminə söykənir. Tanrıçılıq və şamanizm bu sistemin ilkin mərhələlərini təşkil etmiş, sonrakı dövrlərdə bu coğrafiyada zərdüştlük, xristianlıq və islam əsasən eyni tarixi mərhələlərdən keçmişdir.

Bu mədəni inkişaf nəticəsində “Tanrı”, “Bozqurd”, “Günəş”, “Müdrik”, “Qan yaddaşı”, “Şeytan” və “İblis” kimi arxetiplər kollektiv şüurda möhkəmlənmişdir. Bu arxetiplər Güney və Quzey Azərbaycan türklərinin inanclar sistemində, dilin psixolinqvistik strukturunda, bütövlükdə mədəniyyətində bu gün də müşahidə olunur.

Nəticə

Beləliklə, Güney və Quzey Azərbaycan türklərini birləşdirən etnik eyniliklər yayğın, təsadüfi və keçici deyildir. Bunlar Azərbaycan türklərinin 10 min illər ərzində birgə yaşadıqları coğrafiyanın landşaftı (relyefi, iqlim şəraiti, suların tərkibi, torpağın geoloji quruluşu), flora-faunası və bitki örtüyündəki fiziki, kimyəvi, bioloji enerjinin təsiri ilə formalaşmış etnogenetik, antropoloji, konstitusional eyniliklərdir. Bunlar da öz növbəsində Azərbaycan türklərində etnik şüur, etnik təfəkkür,  etnik xarakter, bir sözlə, sosio-mədəni etniliklər yaratmışdır. Ona görə də onminillər ərzində Azərbaycan toplumunda formalaşmış bu eyniliklərin 100-200 il ərzində dağıdılması, parçalanması mümkün deyildir və mümkün də olmamışdır. Deməli, genetik kökləri eyni olan Güney – Qüzey Azərbaycan türklərini ərazi baxımından parçalayaraq onların dilində, mədəniyyətində, düşüncə tərzində yaradılan epizodik psixo-mədəni fərqlərə, həmin fərqlərin aradan qaldırılması heç də çətin olmayacaq. Elm bunu sübut edir.

Qaldı ki, Güney – Qüzey Azərbaycan türklərini fərqləndirən bu sosio-mədəni xüsusiyyətlərdəki fərqlərə, bunun da ayrıca, daha geniş elmi təhlilə ehtiyacı vardır.

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin