HARAYHABER | Güney Azərbaycan Ədəbiyyatı – Şeir
Şeir: Mustafa Şeyxpur
Hərdən göz-gözə gəlir özü ilə insan
Aynada deyil,
suda deyil,
bəzən özünü görür birdən
heç olmayan bir yerdə.
Görünməyən bir gözdə
orada nə var?
Olsun… qalsın səndə.
Çiçəklər –
hər biri cənnətin bir parçasıdır.
Bir qırmızı gül al özünə gələndə,
yarpaqlarını daha çox sev.
Mən çiçəkləri görüncə
əllərimdə həsrət göyərir,
gözlərimdən nəfəs almağa çalışıram
və barmaqlarımla yeriyirəm bəzən.
Gülsən…
dodaqların qaçsa,
gülsən…
gözlərin gülsə,
gəlsən…
Bir də, adım qaldı səndə,
gətir onu gələndə.
3 sentyabr 2026
Aachen — Almaniya
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
