Güney Azərbaycanda siyasi mübarizənin qarşısındakı ən təhlükəli tələlərdən biri “qurtarıcı” mifidir. Bu mif cəmiyyətə azadlığın xalqın öz iradəsindən deyil, İran rejiminin içindən çıxacaq bir fiqur vasitəsilə gələcəyi düşüncəsini aşılayır. Halbuki həm tarixi təcrübə, həm də mövcud siyasi reallıq bu yanaşmanın yanlış olduğunu açıq şəkildə göstərir.

İran rejimi mahiyyət etibarilə islah edilə bilən bir sistem deyil. Bu rejim fərqli kimlikləri, dilləri və milli-siyasi tələbləri varoluşsal təhlükə kimi görür. Belə bir quruluşun içindən Güney Azərbaycan üçün azadlıq gətirəcək bir “qurtarıcı”nın çıxacağını gözləmək siyasi sadəlövhlükdən başqa bir şey deyil.

Özlərini “islahatçı” kimi təqdim edən fiqurlar isə əslində rejimin vaxt udma mexanizminin tərkib hissəsidir. Bu fiqurlar sistemin ideoloji və təhlükəsizlik əsaslarına toxunmadan, sadəcə idarəetmə formasında kosmetik dəyişikliklər vəd edərək cəmiyyətdə dəyişiklik illüziyası yaradırlar. Nəticədə xalq mübarizəni təxirə salır, rejim isə ömrünü bir qədər də uzadır.

“Qurtarıcı” mifinin yayılmasında qorxu siyasəti mühüm rol oynayır. Rejim illərdir “xaos”, “vətəndaş müharibəsi”, “Suriya ssenarisi” kimi qorxu obrazları yaradaraq cəmiyyəti açıq və radikal mübarizədən uzaq saxlayır. Bu qorxu mühiti insanları rejimdən kənar real alternativlərə deyil, rejim daxilində “daha az zərərli” fiqurlara ümid bağlamağa sövq edir.

Digər ciddi problem isə təşkilatlanma boşluğudur. Güney Azərbaycanda davamlı siyasi strukturların, ortaq strateji xəttin və kollektiv yol xəritəsinin zəifliyi “qurtarıcı” axtarışını daha da gücləndirir. Halbuki tarix sübut edir ki, azadlıq fərdi fiqurların deyil, təşkilatlanmış kollektiv iradənin məhsuludur.

Tarixi təcrübə açıqdır:
Zülm sistemləri daxildən dəyişmir, təzyiq altında dağılır.
Rejimlər xalqa azadlıq bağışlamır, xalqlar azadlığı öz mübarizələri ilə qazanır.

Bu baxımdan Güney Azərbaycanda əsas sual “bizi kim qurtaracaq?” deyil,
“biz necə təşkilatlanacaq və necə mübarizə aparacağıq?” sualı olmalıdır.

“Qurtarıcı” mifləri cəmiyyəti passivləşdirir, siyasi şüuru zəiflədir və obyektiv olaraq rejimin maraqlarına xidmət edir. Gerçək çıxış yolu isə aydındır:
Azadlıq rejim içindən deyil, rejimə qarşı formalaşan şüurlu, təşkilatlanmış və kollektiv iradədən doğur.

Araştırmacı, Yazar: Mesut HARAY

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin