Azərbaycan Türklüyünün milli amal və qayəsi ortaqdır. Quzey–Güney birliyi fikri tarixi, siyasi və mənəvi əsasları ilə yenidən gündəmdədir.


Araşdırma – Tarixçi Dr. Odər Qutluər

Azərbaycan Türklüyünün milli amal və qayəsi ortaqdır.
“Türkçülüyün Məsələləri”ndə Azərbaycanın bütövlüyü məsələsinə bir başlıq ayırmışdıq.
Burada qısaca ifadə etmək istəyirəm.

Düşüncəmiz, Azərbaycanın bütövlüyüdür. Azərbaycan Türkü bölünmüş millətinin və torpağının bütöv olmasını istəyir.

Milli düşüncə tariximizdə quzeyli-güneyli Azərbaycan Türklərinin birliyi düşüncəsinin əsası Cümhuriyyət (1918–1920) dövründə qoyulmuşdur. Cümhuriyyətin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində M. Ə. Rəsulzadə tərəfindən ifadə edilən millətimizin birliyi düşüncəsi bu şəkildə idi:

“… İrəvan, Gəncə və Bakı quberniyalarındakı Türklər ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındaki Türklərin biri-birindən nə ilə ayrıldıqlarını ben fərq edəmiyorum. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənanət burada da orada da hökmfərma, ortada yalnızca yüz sənəlik digər bir həyati siyasiyyə ilə yaşamanın təsiratı mövcud. ‘Ətraki-müsəlmani Qafqaz’ın ‘Ətraki-müsəlmani İran’ kimi daha məruf bir ismi vardır; Azərbaycan Türkü.”

1918-ci ildə qurulan Türk Cümhuriyyətinə “Azərbaycan” adının verilməsi də yenə Azərbaycanın güneyindəki Türklərin varlığına yönəlik birliyin ifadəsi idi. Bugün Azərbaycan Türklüyünün birliyi və birlikdən doğan bütöv Azərbaycan düşüncəsi milli, mənəvi və ictimai əsaslarla daha da güclənmişdir.

Bugün artıq Məşrutə hərəkatının, Milli Hökumət dövrünün və iştirak etdiyimiz inqilabların nəticələrindən dərs çıxarmalıyıq.

Azərbaycan İrandan ayrıldığı gün, əsl mənada Turan olmuşdur. Min ildən artıq bir zaman ərzində İranı idarə etmiş olsaq da, bu uzun tarixi dövrün sonunda oradan nə müstəqil bir Türk dövləti, nə də formalaşmış bir Türk milləti ortaya çıxmışdır. Bu fakt təkcə tarixi bir müşahidə deyil, həm də ciddi bir dərsdir.

Məhz buna görə də biz öz milli varlığımızı, öz milli düşüncəmizi İran çərçivəsi daxilində əridə, zamanla mənasızlaşdıra bilmərik. İran dairəsi, tarixən, Türk kimliyini yaşadan yox, onu öz içində aşındıran bir məkan olmuşdur. Bu səbəbdən milli düşüncəmizin əsas hədəfi başqasının siyasi-mədəni orbitində qalmaq deyil, öz kimliyimizi açıq, aydın və müstəqil şəkildə ifadə edə biləcəyimiz bir yol tutmaq olmalıdır.

Bu gün gəlinən mərhələdə İrandakı bütün xalqlar artıq öz siyasi yolunu müəyyənləşdirmiş, öz istiqlal yollarını axtarmağa başlamışdırlar. Mövcud siyasi şərait açıq şəkildə göstərir ki, bu coğrafiyada yaşayan müxtəlif xalqların nə bir yerdə yaşamaq istəyi qalmışdır, nə də ortaq bir gələcək təsəvvürü mövcuddur.

Çünki bu xalqları bir-birinə bağlayacaq, onları vahid bir dövlət çərçivəsində azad, ləyaqətli və könüllü şəkildə yaşada biləcək ümummilli bir düşüncə, güclü mənəvi bağ artıq mövcud deyil.

Belə bir şəraitdə Güney Azərbaycan Türkləri də öz yollarını seçmək məcburiyyətindədirlər. Bu yol onları istiqlala aparacaq, onları öz dövlətçilik düşüncəsinə, öz siyasi nizamına, başqa sözlə, öz törəsinə götürəcək bir yoldur.

Bu istiqlal yolu, eyni zamanda bölgədə Türkiyə və Azərbaycan əleyhinə qurulması ehtimal daxilində olan müxtəlif güc mərkəzlərinin qarşısında dayana biləcək real bir siyasi gücün formalaşmasına imkan yaradacaqdır.

Beləliklə, Güney Azərbaycanın istiqlalı təkcə bir xalqın azadlıq istəyi deyil, regional tarazlığı dəyişdirə biləcək, Türk dünyasının geosiyasi mövqeyini möhkəmləndirə biləcək strateji bir amildir.

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin