Araşdırmaçı, şair: İbrahim SAVALAN
HARAYHABER | Güney Edebiyatı
Saat iyirmi üç,
Bir gecə gündüzün bitməsinə bir saat qalır.
Əsgər o gününü dəftərini qapadır və sabahı anladır dustaqlara:
“Həsən, Əli, Əhməd,
Yarın məhkəməyə götürüləcək.
Rəhmət başqa şəhərə göndəriləcək.
Səməd öz şəhərlərinin dustağına geri dönəcək.
Bu dəmir qapı Mehdinin üzünə açılacaq,
Və İsmayıl.. günəşi bir daha görməyəcək.”
Gözləri donur İsmayılın,
Və onun gözünə görünmək istəməyən yaxın dostları,
Bir saat tuvaletdə qalır.
Donuq səslə tapşırır,
Özündən neçə gün sonra asılacaq dostuna,
Yarım qalan arzularını.
Səhər Çağı günəş oyanmamış,
Bir gəncin yaşam günəşi,
Uşaqlıqda uzaq sandığım yaxın dağların ardında batır.
Dəmir Qapı açılır.
Başqa dustağa və sürgünə gedənlərdən sonra,
Biri özgürlüyə doğru gedir.
Və üz- gözünü didmiş qadın cəsədini almağa gəlir.
Yenə qapı açılır.
Başqa əsgər gəlir,
Və görevi bitmiş əsgər dəftəri ona verib gedir.
Nədən yorulmur bu qapı?
Usanmır bu dəftər?
Ufanmır bu kəndir?
Və Təbriz dustağı önündə qurumuş Meydan çayı,
Nədən dolmur bu qədər göz yaşıla?
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
