Son günlər “Azərbaycanlı sevil fəalları fikirdaşlıq oturmu” adı ilə keçirilən bəzi toplantılar ciddi narahatlıq doğurur. Görünən budur ki, bəzi məlum çevrələr planlı şəkildə Güney Azərbaycan Milli Hərəkətının müstəqil yolunu dəyişdirərək onu hakimiyyətin xeyrinə yönəltməyə çalışırlar.

Bu oturmların son açıqlamalarında “İran” adlanan dövlətin ərazi bütövlüyünün qorunmasına xüsusi vurğu edilir, mövcud hakimiyyətə açıq və ya dolayı dəstək mesajları verilir. Halbuki Güney Azərbaycan Milli Hərəkətı tarix boyu nə hakimiyyətə dayaq olmaq üçün, nə də sistemə haqq qazandırmaq üçün yaranmayıb. Bu hərəkat millətin milli hüquqlarını tələb etmək, ana dilini, kimliyini və siyasi iradəsini qorumaq üçün meydana çıxıb.

Güney Azərbaycan Milli Hərəkətı heç kimin şəxsi mülkü deyil. Heç bir qrup və ya fərd onu öz siyasi məqsədlərinə uyğun istiqamətləndirə bilməz. Bu hərəkat ata malı deyil ki, hər kəs onu öz istəyinə görə yozsun. Onillərlə davam edən mübarizə, həbsxanalar, basqılar və verilən qurbanlar bir xalqın haqq səsini ucaldatmaq üçündür – hakimiyyət layihələrinə xidmət etmək üçün yox.

Əgər bir toplantı və ya yayılan bəyanat Güney Azərbaycan Milli Hərəkətının azadlıqçı ruhunu zəiflədir, onu mövcud sistemin içində əridib təsirsiz hala salırsa, bu artıq sadə fikir ayrılığı deyil. Bu, hərəkatın yolunu və sözünü dəyişdirmək cəhdidir. Bu isə millətin tarixi mübarizəsinə hörmətsizlikdir.

Güney Azərbaycan Milli Hərəkətının əsas xətti bəllidir: ayrı-seçkiliyə qarşı çıxmaq, milli kimliyi qorumaq, ana dilində təhsil haqqını tələb etmək, mədəni və siyasi haqları müdafiə etmək. Bu xətti yumşaltmaq, onu “nizam içində həll yolu” adı ilə dəyişdirmək əslində mübarizənin məzmununu boşaltmaq deməkdir.

Burada media qurumlarının da məsuliyyəti böyükdür. Güney Azərbaycan Milli Hərəkətı adına çıxış edən və ya bu adla fəaliyyət göstərən platformalar belə mesajları yayarkən diqqətli olmalıdır. Hakimiyyətə dolayı şəkildə haqq qazandıran fikirlərin hərəkat adı ilə təqdim olunması uzun müddətdə xalqın inamını sarsıdar və hərəkatın nüfuzuna zərər verər.

Unutmayaq: Güney Azərbaycan Milli Hərəkətı Güney Azərbaycan millətinə məxsusdur. O, ayrı-ayrı şəxslərin və ya qrupların siyasi aləti deyil. Hərəkatın adı yox, prinsipləri əsasdır. Prinsiplər zəiflədikdə adın özü də mənasını itirər.

Bu gün ən vacib məsələ öz sözümüzü və yolumuzu qorumaqdır. Güney Azərbaycan Milli Hərəkətının düşüncə xəttini dəyişdirərək onu hakimiyyətə uyğunlaşdırmaq cəhdi sadəcə yanlış siyasi mövqe deyil – millətin tarixi mübarizəsinə qarşı məsuliyyətsiz davranışdır.

Hərəkatın gücü onun müstəqil ruhundadır. O ruh qorunmasa, ad qalacaq, amma məzmun boşalacaq. Buna görə də hər kəs bilməlidir: Güney Azərbaycan Milli Hərəkətının sözünü hakimiyyətə qurban vermək millətə və onun tarixinə xəyanətdir.

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin