İran sözü, farsistanın kod adıdır!

İranda son etirazların növbəti dalğasının da qanda boğulmasının tanığı olduq. Neçə ildən bir ortaya çıxan bu tip etiraz dalğaları, ölçüsündən asılı olmayaraq, eyni üsulla – zor, güc, ölüm və qırğınla yatırılır.

Güney Azərbaycan insanı olaraq cəmiyyətimizin zehniyyəti və siyasi baxışı, mövcud təşkilatlanmamızdan daha aydın və daha gerçəkçidir. Təşkilatlarımız federal İranı “iranlı müttəfiqlər” içində axtararkən, cəmiyyətimiz artıq demokratik bir İranın sadəcə bir əfsanə olduğunu anlayıb.

Demokratik İran mümkünsüzdür; bu, həqiqətdən uzaq bir panfarsizm uydurması, farsçılıq əfsanəsidir.

İran demək farsistan deməkdir.
İran sözü farsistanın kod adıdır.

Güney Azərbaycan insanının bu etirazlara qoşulmamasının səbəbi də məhz bu gerçəyi dərk etməsi ilə izah oluna bilər.

Güney Azərbaycan xalqı, Güney adına danışan federalçı “aydınlar”ın və təşkilatların əksinə olaraq, İran üçün küçələrə çıxmayacağını açıq şəkildə göstərdi və bundan sonra da göstərəcəkdir.

Gəlin milli hərəkat adına heç bir təşkilatın təkbaşına söz sahibi olmadığını, insanlarımızı bu və ya digər formada təşkilatlandıra biləcək gücdə olmadığını etiraf edək. Bu etiraf bizə yanlışlarımızı görmək, səbəbləri və niyyətləri axtarmaq imkanı verəcəkdir.

Güney Azərbaycan insanı bu tip etirazları öz istəklərini ifadə etmək üçün uyğun bir fürsət kimi görmədiyi halda, yüz rəngli, min adlı təşkilatlar ard-arda etirazlara qoşulma bəyanatları yayır. Nəticə isə bəllidir: bu çağırışlar eşidilməyəcək.

Biz, İrana deyil, Güney Azərbaycana azadlıq, ədalət və milli hökumət istədiyimizi ucadan deməkdən qorxmamalıyıq.
“Bizim dərdimiz İran deyil” deməkdən çəkinməməliyik.
Bizim dərdimiz Güney Azərbaycandır.

Bütün qonşu ölkələrdə mitinqlər keçirilir deyə bizim də küçələrə çıxmaq məcburiyyətimiz olmadığı kimi, İrandakı etirazlara bizdən dəstək gözləyənlər də yanılırlar. Bizim taleyimiz heç bir başqa millətin taleyindən asılı deyil.

Bizim taleyimizi İranda yaşayan digər xalqların taleyi ilə bağlayan zehniyyət kor bir zehniyyətdir. Bir millətin istiqlal mübarizəsi heç kimlə şərtlənməməli, heç kimə bağlanmamalıdır.

Müttəfiqlərin olması əlbəttə ki, böyük üstünlükdür. Bunu inkar edən yoxdur. Ancaq müttəfiqi İran daxilində, xüsusilə də hakimiyyətini qorumağa çalışan fars toplumunun içində axtarmaq, samanlıqda iynə axtarmağa bənzəyir.

Güney Azərbaycan insanı yalnız öz haqlarını müdafiə etmək imkanı gördükdə küçələrə çıxır. Siyasi təşkilatlar inkişaf etmək, görünmək, səs qazanmaq istəyirlərsə, bunu anlamaqda çətinlik çəkməməlidirlər.

Bu torpağın insanını anlamaq lazımdır.
Onun səsini qazanmaq istəyiriksə, onun səsi olmağı bacarmalıyıq.

Güney Azərbaycan xalqını kiminsə ardınca sürükləməkdən, uydurma “demokratik İran” əfsanəsinin dalınca aparmaqdan vaz keçməyin vaxtı çoxdan çatıb.

Yazar: Hadi QARAÇAY

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin